Qum fırtınası və tozdan 620 nəfər zərər çəkib

İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində qum fırtınasından zərər çəkən yüzlərlə insan xəstəxanaya yerləşdirilib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb.

Zabul Tibb Elmləri Universitetinin rəsmisi Məhəmməd Xəlili deyib: "Sistan bölgəsində tüğyan edən şiddətli fırtına ilə tozdan zərər çəkən və yaralanan 620 nəfər xəstəxanalara müraciət edib. Onlardan 25-i stasionar müalicə alıb".

M. Xəlili təbii fəlakət səbəbindən baş verən yol-nəqliyyat qəzaları nəticəsində 16 nəfərin xəsarət aldığını söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə