Daşkəsən rayonunda sel müşahidə olunur

Daşkəsən rayonu ərazisindən axan çaydan sel keçir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayon ərazisindən axan Dəstəfurçay-Qaraqollar hidroloji məntəqəsində iyulun 2-də saat 17:30-dan başlayan güclü leysan xarakterli yağıntı nəticəsində çayda sel müşahidə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə