Füzuli və Xocavənd rayonlarına mediatur təşkil olunub

Füzuli və Xocavənd rayonlarına yerli jurnalistlər üçün mediatur təşkil olunub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, jurnalistlər əvvəlcə Füzuli şəhərində yeni tikilən binalarla, yaradılan şəraitlə tanış olublar.

Sonra Füzuli rayonunda yerləşən məktəbdə brifinq keçirilib. Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin köməkçisi Ümid İsazadə bildirib ki, işğal dövründə ərazilər minalarla çirkləndirildiyi üçün bu yerlərdə əvvəlcə təmizləmə işləri aparılıb, əsas infrstrukturun yaradılması həyata keçirilib. Bu işlərə Zəfər yolu, Füzuli-Hadrut yolu, Füzuli-Ağdam yolu və şəhərdaxili yol-kommmuniksiya şəbəkələri daxildir. Şəhər mərkəzi elektrik təchizatı ilə təmin olunub. Hazırda şəhərdə 822 ailə məskunlaşıb. Əhalinin məşğulluğu üzrə də addımlar atılıb. Buraya köçən əhalinin əmək qabiliyyəti təhlil olunur və mövcud vakansiyalar elan edilir. Eyni zamanda, sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar da var.

Qeyd olunub ki, Füzuli şəhərinin baş planına əsasən, ərazidə sənaye zonası üçün sahə ayrılıb və yol-kommunikasiya xətlərinin çəkilişi davam etdirilir. Hazırda sənaye zonası layihələndirmə mərhələsindədir. Hazırda Füzuli şəhərində Özbəkistan tərəfindən inşa edilən 960 şagird yerlik məktəb, Qazaxıstan tərəfindən inşa olunan 600 yerlik Uşaq Yaradıcılıq Mərkəzi fəaliyyət göstərir. Füzulidə peşə liseyinin, 240 yerlik uşaq bağçasının, 180 yerlik xəstəxananın layihələndirilməsi və tikintisi də nəzərdə tutulub. İnşa olunan 38 binanın ətrafında istirahət parkı salınıb. Bundan əlavə, mərkəzi parkın salınması da nəzərdə tutulub və torpaq işlərinə başlanılıb.

Hazırda Füzuli şəhərində 2-ci və 3-cü yaşayış məhəllələrinin layihələndirilməsi davam etdirilir və yaxın zamanlarda tikintisi nəzərdə tutulub. Füzulidə, həmçinin 6 kəndin təməli qoyulub.

Ümid İsazadə qeyd edib ki, Hadrut və Tuğun böyük turizm potensialı var. Hadrutda məscidin tikintisi davam etdirilir. Yaxın zamanlarda yaşayış binalarının təmirinə, inzibati mərkəzin, klub icma mərkəzinin, müxtəlif ictimai iaşə binalarının tikintisinə başlanılacaq. Tuğda isə 30 evin bərpasına və ətrafda yaşıllıq zolaqlarının salınmasına, yol şəbəkəsinin, inzibati mərkəzin, bir neçə qeyri-yaşayış binasının, məktəb və bağçanın tikinti-bərpasına yaxın zamanlarda start veriləcək.

Xüsusi nümayəndənin köməkçisi onu da bildirib ki, digər əraizlərdə olduğu kimi, Füzuli və Xocavənddə də mədəni-tarixi abidələrimiz erməni vandalizminə məruz qalıb.

Daha sonra medi nümayəndələri Xocavəndin Hadrut qəsəbəsində olublar.

12:12

İşğaldan azad olunan Füzuli və Xocavənd rayonlarına yerli jurnalistlər üçün mediatur təşkil edilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, jurnalistlər Füzuli rayonu ərazisində, eləcə də Xocavəndin Hadrut qəsəbəsində aparılan işlərlə tanış olacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə