ABŞ Kiyevə Amerika silahları ilə Krımı vurmağa icazə verdi...

Vaşinqton yarımadanı Ukraynanın suveren ərazisi hesab edir...

...Pentaqon ABŞ-ın təchiz etdiyi silahlardan istifadə etməklə Krıma zərbələr endirməyə icazə verib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu bəyanatla Amerika Hərbi Departamentinin mətbuat katibi Patrik Rayder brifinqdə çıxış edib.

Rayder jurnalistləri əmin edib ki, Vaşinqtonun Rusiyaya zərbə endirmək üçün uzaqmənzilli silahlardan istifadə ilə bağlı siyasəti dəyişməyib.

Pentaqonun nümayəndəsi qeyd edib ki, bu cür silahlar suveren Ukrayna ərazisində istifadə edilməlidir.

Jurnalistlər mətbuat katibinə ABŞ Müdafiə Nazirliyinin Krımla bağlı mövqeyi ilə bağlı aydınlaşdırıcı sual ünvanlayıblar.

TASS xəbər verir ki, Rayder bildirib ki, ABŞ-ın fikrincə, Krım Ukraynanın bir hissəsidir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə