AVRO-2024: Avstriya Türkiyəyə qarşı, Niderland hesabda öndə...

Almaniyada keçirilən 2024-cü il Avropa çempionatının 1/8 final mərhələsinin oyunlarına bu gün yekun vurulacaq.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu gün 1/8 final mərhələsinin son iki qarşılaşması keçiriləcək və bununla da dörddə bir finalın bütün cütlükləri müəyyənləşmiş olacaq.

Günün ilk görüşündə Rumıniya Niderland millisi ilə üz-üzə gələcək. Mərhələnin son oyununda isə Avstriya ilə Türkiyə yığmaları qarşılaşacaq.

Qeyd edək ki, 1/4 final mərhələsinin oyunlarına iyulun 5-də start veriləcək.

AVRO-2024
2 iyul
1/8 Final

20:00. Rumıniya – Niderland - 0:1 (İkinci hissə)
Qol: Qakpo, 20

23:00. Avstriya – Türkiyə

Bütün xəbərlər Facebook səhifəmizdə