ABŞ Ukraynaya 2,3 milyard dollar dəyərində yeni yardım paketi ayıracaq

ABŞ tezliklə Ukraynaya 2,3 milyard dollar məbləğində yeni yardım paketi ayıracaq. SİA-nın verdiyi məlumata görə, bu barədə Müdafiə Departamentinin yaydığı məlumatda deyilir. Bildirilir ki, Pentaqonda müdafiə katibi Lloyd Ostinlə Ukraynanın müdafiə naziri Rustem Umerov arasında görüş keçirilib. Görüşdə Pentaqon rəhbəri ABŞ-nin Ukraynaya dəstəyi davam etdirmək prinsipinə tam sadiq olduğunu qeyd edib.

Məlumatda o da qeyd olunur ki, yeni paketə Ukrayna şəhərlərini və mülki əhalisini qorumaq üçün təcili ehtiyac duyulan hava hücumundan müdafiə vasitələri, o cümlədən artilleriya və tank əleyhinə silahlar daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə