Xarkovda PUA zavoduna hücumlar edilib...

Sursat anbarı da vurulub

...Xarkovda pilotsuz uçuş aparatları istehsal edən müəssisə Rusiya Silahlı Qüvvələrinin zərbəsinə məruz qalıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, koordinator Sergey Lebedev rus artilleriyaçılarının və raketçilərinin işinin nəticələri barədə xəbər verib.

...Deməli verilən məlumata görə, raket zərbələri iyulun 2-də axşam saat beş radələrində həyata keçirilib.

Zərbələr Xarkovun Nemışlyanski və Sənaye rayonlarına endirilib.

Rusların hədəfləri dron istehsal edən sənaye müəssisələri olub.

Lebedevin dediyinə görə, silah-sursat anbarının olduğu müəssisəyə də zərbələr endirilib.

Qeyd edilməlidir ki, bu müəssisələrdə hərbi texnikalar təmir edilirdi.

RİA Novosti xəbər verir ki, partlayışlardan sonra ona yaxın təcili yardım maşını zavodlara yollanıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə