“Həkimlərimizi tanıyın!” rubrikasında Elməddin Əliyevi təqdim edirik

“Həkimlərimizi tanıyın!” rubrikamızda şəfalı əlləri ilə minlərlə insanı sağlamlığına qovuşduran, onlara sağlam ürək bəxş edən Ürək-damar Cərrahiyyəsi şöbəsinin rəisi, uzman ürək-damar cərrahı Elməddin Əliyevi təqdim edirik. SİA xəbər verir ki, Dr.Elməddin Əliyev Mərkəzi Gömrük Hospitalının Ürək-Damar Cərrahiyyəsi şöbəsində aort cərrahiyyəsi, qazanılmış ürək xəstəliklərinin cərrahiyyəsi, Aorto koronar şuntlama əməliyyatlarını həyata keçirir. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/elmeddin-aliyev

Dr.Elməddin Əliyev 2007-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirdikdən sonra 2007-2013-cü illərdə Ege Universitetinin Ürək-damar cərrahiyyəsi fakültəsində təhsilini davam etdirmişdir. O, 2011-ci ildə ABŞ-ın Texas A&M Universitetində süni ürək proqramında çalışmış, 2012-ci ildə “SCOTT & WHITE” Hospitalında kardiotorakal cərrahiyyə kursu keçmiş, 2013-2014-cü illərdə Ege Universiteti Ürək-damar cərrahiyyəsi kafedrasında ürək cərrahı kimi çalışmışdır. O, 2014-cü ildən Mərkəzi Gömrük Hospitalında Ürək-Damar Cərrahiyyəsi şöbəsinin rəisi, ürək-damar cərrahı kimi fəaliyyət göstərir.

Elməddin həkim daim öz üzərində çalışan, dünya tibbinin nailiyyətlərini izləyən və təcrübəsində tətbiq edən yüksəkixtisaslı mütəxəssisdir. O, ölkəmizdə və xaricdə keçirilən beynəlxalq elmi tədbirlədə iştirak edir. 2013-cü ildə Türkiyədə Ürək və Damar cərrahiyyəsi dərnəyinin ekstrakorporal qan dövranı dəstəyi kursunda ixtisasını artırmış, 2015-ci və 2019-cu illərdə Bakı Ürək Günləri IV və VI Beynəlxalq konqreslərində, 2022-ci ildə Azərbaycan Kardiologiya Cəmiyyətinin təşkilatçılığı ilə Bakıda keçirilən "Ürək çatışmazlığında yeniliklər" konqresində iştirak etmişdir. O, Türk Ürək-Damar cəmiyyətinin üzvüdür.

Elməddin həkim 2023-cü ildə xidmətdə fərqləndiyinə görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən “Gömrük Xidməti Əlaçısı” döş nişanı ilə təltif olunmuşdur.

Dr. Elməddin Əliyevin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

Bütün xəbərlər Facebook səhifəmizdə