Makron və ona güvənən "hay"ların PUÇ OLAN ÜMİDLƏRİ - TƏHLİL

Fransada parlamentin aşağı palatası olan Milli Assambleyaya 30 iyun tarixində növbədənkənar seçkilər keçirilib və səsvermənin nəticələri nə Emmanuel Makronu, nə də ona arxalanan erməniləri qətiyyən qane etməyib. Beləki, səsvermənin nəticələrinə görə, ifrat sağçı Milli Ralli 33%-dən bir qədər çox səs toplayaraq liderlik edir, ikinci yerdə hazırda solçu “Yeni Xalq Cəbhəsi” koalisiyası, üçüncü yerdə isə mərkəzçilər, yəni Makron tərəfdarları, 22% səs toplayan “Birgə” koalisiyası qərarlaşıb. Təbii ki, bu vəziyyət hayları və onların güvənc yeri olan Fransanın hazırki prezidenti Makronu narahat etməyə bilməz.

Makron nə qədər hiyləgərlik etsə belə, mövcud vəziyyət heç də onu qane edə bilməz

Bilirik ki, Avropa Parlamenti seçkilərində qarşılaşdığı uğursuzluqdan sonra Fransa prezidenti Emmanuel Makronun iyunun əvvəlində mərkəzçilərin və sol qüvvələrin ifrat sağa qarşı səylərini birləşdirmək ümidi ilə parlamenti buraxmaq və növbədənkənar parlament seçkiləri təyin etmək qərarına gəlməsinin heç də əbəs yerə olmaması qənaətində olanlar az deyil. Bir çox ekspertlər vəziyyətdən şübhələnərək, Makrondan daha hiyləgər strategiya gözləyirlər. Ən azından Fransa prezidentinin əl-qolunu sallayıb uğursuzluq qarşısında təslim olacağı heç də inandırıcı görünmür. İndi hər kəs düşünür ki, Makron hansısa bir hiyləgər plan, hiyləgər strategiya qurub və nəticəsini də ən yaxın zamanda hər kəs müşahidə edəcək. Amma seçkilərin nəticələri göstərdi ki, nə qədər hiyləgərlik etsə belə, mövcud vəziyyət heç də Makronu qane edə bilməz.

Narazılıqlar fonunda Fransa prezidenti nəyə isə ümid edə bilməz

Görünən odur ki, Emmanuel Makron nə qədər hiyləgərlik etsə də, öz maraqları üçün nə qədər hiyləgər strategiyaya əl atsa da, heç də reallıqlar onu rahat buraxan deyil. Ona görə ki, fransızların özlərini bir sıra məsələlər narahat edir və buna görə də onların narazılıqları fonunda Fransa prezidenti nəyə isə ümid edə bilməz. Heç kim üçün sirr deyildi və bir daha hər kəs də əmin oldu ki, fransızlar öz yaşayışlarından heç də razı deyillər və narazılıqlarını da bildirməkdən çəkinmirlər. Məhz yaşayış səviyyələrinin aşağı düşməsi fransızları indi daha çox düşündürür, narahat edir. İndi Fransa əhalisini həmçinin artan iğtişaşlar da narazılığa sövq edir. Hər halda Fransada müşahidə edilənlər həmin ölkə əhalisi, həmin ölkənin ictimaiyyəti üçün arzuolunan sayıla bilməz və bu özünü elə narazılıqlarda da göstərməkdədir. Hazırda Fransanın qeyri-müəyyən miqrasiya siyasəti də, həmin o Avropa ölkəsinin səriştəsiz xarici siyasəti də, qloballaşma da, kiçik şəhər və kəndlərin sakinlərini boğan Avropaya inteqrasiya kimi başqa problemlər də fransızları bərk narahat edir. Belə bir vəziyyətdə Makronun hansısa hiyləgər siyasətə ümid etməsi, hansısa strategiyaya arxalanaraq uğur qazanacağını düşünməsi gülüncdür. Bunu elə Emmanuel Makronun özü də yaxşı başa düşür. Hər halda, Fransa prezidentinə arxalanan haylar da mövcud vəziyyətə görə öz hesablarını getməkdədirlər və vəziyyətin onlar üçün də arzuolunmaz olduğunu çox gözəl bilirlər.

Fransanın mövqeyinin dəyişəcəyi ağıla gələn deyil və kimin çoxluğu ələ keçirməsi Azərbaycan üçün qətiyyən fərq etmir

Fransa parlamentinin aşağı palatasında kimin çoxluğu ələ keçirməsi əslində, Azərbaycan üçün qətiyyən fərq etmir. Onsuz da, istər ölkəmizə, bizə qarşı münasibətdə, istərsə də Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Fransanın mövqeyində hər hansı kəskin dəyişiklik gözləmək sadəlövhlük olardı. Nə sol, nə sağ, nə də mərkəz, bir sözlə, hansısa siyasi qüvvələrdən müsbət mövqe gözləməyə dəyməz. Fransadan bizə, ölkəmizə qarşı hansısa simpatiya olacağı haqqında danışmaq belə mümkün deyil. Əslində, onu da bilirik ki, ölkənin əsas türkofobu kimi tanınan və islamofob kimi bütün dünyanın diqqətini cəlb edən Makron hələ bundan daha üç il də prezident sükanı arxasında qalacaq. Bunun fonunda da Fransanın məramının dəyişəcəyi ağıla belə gələn deyil. Amma bununla belə unutmaq lazım deyil ki, Makron hakimiyyətdə olduğu dövrdə Fransada vəziyyət heç də stabil olmayacaq və narazılıqların da sayı hələ artacaq, azalmayacaq. Belə bir vəziyyətdə hansısa bir fransız, ələlxüsus da Makron qətiyyən hansısa işğalçı ölkə, daha dəqiq desək, Ermənistan haqqında düşünmək halında ola bilməz.

Haylar anlayırlar ki, Fransa prezidentinin artıq onlar barədə düşünməyə belə vaxt, imkan tapa bilməyəcək və marağı da olmayacaq

Təbii ki, haylar Fransanın vəziyyətini artıq indidən nəzərə alırlar və bilirlər ki, həmin Avropa ölkəsi indi artıq hayların hayında yox, öz hayındadır. Bunu Ermənistana məxsus mətbuat səhifələrində də görmək, duymaq mümkündür. Beləki, işğalçı ölkənin kütləvi informasiya vasitələrində açıq-aşkar şəkildə qeyd olunur ki, artıq Fransaya, bu Avropa ölkəsinin prezidentinə daha arxalanmaq qətiyyən mümkün deyil. Açıq şəkildə də bildirilir ki, bundan sonra Fransa prezidentinin yadına da heç Ermənistan düşməyəcək, çünki o öz başının çarəsini düşünməli olacaq. Həqiqətən də haylar çox yaxşı başa düşüblər ki, Makron kimi bir avantürist artıq ermənilər haqqında düşünməyə belə vaxt tapa bilməyəcək. Başa düşüblər ki, artıq onlar üçün Makron sığınacaq, söykənəcək bir siyasətçi ola bilməz. Ona görə də indidən bunu daxili auditoriyaya qəbul etdirməyə çalışırlar. Mətbuat səhifələrində qeyd olunanlar da məhz bu məqsədlədir.

Ermənilər öz xislətlərinə uyğun olaraq fransızlardan, Fransa prezidentindən artıq özləri xaincəsinə imtina edirlər

Onu da xatırlatmaq yerinə düşərdi ki, hayların özlərinin də xislətində bir namərdlik, bir xainlik var və zəifləyən tərəfin bu vaxta qədər qanadı altına sığınsalar da ondan elə zəiflədiyinə görə ilk üz döndərən də haylar olur. Haylar indi artıq Fransanın hansı vəziyyətdə olduğunu, Fransada yaşayış səviyyəsinin aşağı düşməsinə görə fransızların narazı olmalarını, həmin ölkənin daxilindəki iğtişaşları, həmin o Avropa ölkəsinin qeyri-müəyyən miqrasiya siyasətinə görə, səriştəsiz xarici siyasət yürütdüyünə görə ölkə ictimaiyyətinin narazılıqlarını da nəzərə alaraq, bir müddətdir ki, başqa “kölgə”, başqa “ağa” atarışındadırlar. Xüsusən də dünya miqyasında, qlobal müstəvidə Fransanın olmayan nüfuzunun sıfır həddinə düşməsini, daha da heçə enməsini görən ermənilər bundan sonra çətin ki, hansısa bir fransız siyasətçinin, xüsusən də Makron kimi artıq bitmiş birinin ətəyindən tutmağı, ona ümid etməyi ağllarının ucundan keçirələr. Birinci növbədə Emmanuel Makronun əleyhində çıxış ediləcəyini də elə ermənilərin özlərindən görəcəyimizə əminik. Çünki hayların xisləti, xəyanətkarlıqları bizə uzun zamandır ki, bəllidir və bundan sonra da həmin xislətlərinə uyğun şəkildə davranacaqları zərrə qədər də şübhə doğura bilməz.

Fransaya, onun prezidentinə güvənən Ermənistan hakimiyyəti artıq daxili auditoriyaya hesablanan çıxışlardan da məhrum oldu

Avropa İttifaqına üzv olmaq üçün Fransaya, bu Avropa ölkəsinin prezidenti Emmanuel Makrona güvənən ermənilər, şəxsən erməni baş nazir Nikol Paşinyan və onun hakimiyyət komandasının məhz 30 iyun seçkisindən və Fransa prezidentinin uğursuzluğundan sonra hansı vəziyyətə düşdüyünü təsəvvür etmək çətin deyil. Təsəvvür etmək çətin deyil ki, Paşinyan və onun hakimiyyət komandası artıq daxili auditoriyaya hesablanan çıxışlarında belə Avropa İttifaqı haqqında uydurmalarını belə səsləndirə bilməyəcək. Çünki onun özü də yaxşı başa düşür ki, haylar Nikola, onun hakimiyyət komandasına deyil, Fransaya, onun prezidenti Makrona güvəniblər. İndi də həmin o Avropa ölkəsi hakimiyyətinin, şəxsən Emmanuel Makronun uğursuzluqlarından sonra ona söykənərək nəyə isə ümid etməyin, eləcə də ümid ediləcəyinə inanmağın ağılsızlıq olduğu göz önündədir və qətiyyən təkzib edilə bilməz. Ona görə də təkcə Makronun deyil, hayların belə puç olan ümidlərinə görə keçirdikləri narahatlıqlar başadüşüləndir və diqqətdən yayınan deyil...

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə