Ağstafa Peyntbol və Atıcılıq Mərkəzinə mediatur təşkil olunub - FOTOLAR

Ağstafa Peyntbol və Atıcılıq Mərkəzinə ilk dəfə olaraq mediatur təşkil olunub. SİA xəbər verir ki, Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan turda 17 media nümayəndəsi iştirak edib.

Tur zamanı media nümayəndələri tir atıcılığında öz məharətlərini göstəriblər.

Jurnalistlərə açıqlama verən Qazax Tovuz Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmaliyev bildirib ki, mərkəz rayonun Həsənsu çayı sahilində bu mərkəzin tikintisi üçün 2,0 ha torpaq hissəsi ayrılıb: “Peyntbol və Atıçılıq Mərkəzi Ağstafa rayon İcra hakimiyyəti tərəfindən 2013-cü ildə inşa olunub. Lakin hazırda Bakı Atıçılıq Mərkəzinin balansına keçib. İnzibati binada əsaslı təmir işləri aparılıb, dam örtüyü yenidən quraşdırılıb. Hazırda da müəyyən yenidən qurma işləri görülür. Mərkəz yeniyetmə və gənclərin istifadəsindədir. Burada müxtəlif hərbi oyunların təşkili keçirilir. Peyntbol və stend atıcılıq mərkəzinin yaradılmasında əsas məqsəd idmanın kütləviliyinin təmin olunması, həm olimpiya hərakatının genişlənməsi, həm də gənclərimizin vətənpərvərlik tərbiyəsinin və hərbi xidmətə hazırlığının gücləndirilməsidir”.

Qeyd edək ki, hazırda Ağstafa Peyntbol və Atıcılıq Mərkəzi Azərbaycan Atıcılıq Federasiyası və Bakı Atıcılıq Mərkəzi tərəfindən təmir edilir.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə