“Bu zaman istehlakçının da üzərinə məsuliyyət düşür” - MÜTƏXƏSSİS DANIŞDI

“İstehlakçılar qida məsulları alarkən istehlakçı hüquqlarının qorunmasının qanunvericiliklə tənzimləndiyini bilməlidirlər. Hər hansı qida məsulu alarkən istehlakçıların üzərinə düşən vəzifə məsulun mənşəyinə diqqət etmələridir. Mütləq şəkildə mənşəyi bəlli olan yerdən qida məsulu alınmalıdır. Eyni zamanda aldıqları məsulun üzərində istehlakçı məlumatlarının tam olaraq qeyd olunmasına diqqət göstərməlidirlər”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.

O bildirib ki, məsulun üzərində qeyd olunan saxlanma şərtlərinə düzgün əməl olunmalıdır: “Əgər istehlakçı aldığı məsulun saxlanma şərtlərini bildiyi halda, günəş şüaları altında satılan məsulları alırsa bu zaman istehlakçının da üzərinə məsuliyyət düşür. Digər hallarda əgər məsul qüsurludursa 14 gün ərzində alınan müəssisədə dəyişdirilə və ya qaytarıla bilər.

Eyni zamanda keyfiyyətsiz qida məsulu satıldığı halda satıcaya bildirilməlidir. Bu da qanunvericilikdə öz əksini tapıb. Məsuldan zəhərlənmə halları baş verdikdə də AQTA-nın çağrı mərkəzinə məlumat vermək olar”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə