“İTi Zəka”lılar mükafatlandırılıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində “İTi Zəka-2” hakatonu üçün seçimlər başa çatıb. SİA xəbər verir ki, iyunun 10-dək davam edən qeydiyyat mərhələsindən 14-17 yaşlı uşaqlardan ibarət 130 komanda keçə bilib. 13 iyun tarixində keçirilən onlayn görüş zamanı münsif heyəti tərəfindən aparılan qiymətləndirmə ilə ən yüksək bal toplayan 22 komanda finala vəsiqə qazanıb.

Qeyd edək ki, hakatonun növbəti mərhələsi – təlim mərhələsidir. 24 iyun və 2 iyul tarixlərində, saat 9:00-18:00 arası "JW Marriot" hotelinin "Şərq" zalında seçilən 22 komanda uşaq hüquqları, sağlam həyat tərzi, süni zəka, intellektual inkişaf, informasiya təhlükəsizliyi, ekologiya, asudə vaxt və əyləncə, təqdimetmə bacarıqları mövzularında hazırlıq təlimlərinə, həmçinin mobil tətbiq və layihələrin ilkin prototipinin hazırlaması ilə bağlı intensiv təlimlərə cəlb olunublar.

Bu gün isə qalib komandalar mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə