Zelenski: "Putin Rusiyanı tərk etməkdən qorxur..."

Ukrayna prezidenti Vladimir Zelenskinin dediyinə görə, ona elə gəlir ki, Rusiya lideri Vladimir Putin Rusiyanı tərk etməkdən qorxur.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, ruslar bunu deyən Zelenskinin bu fikri əsaslandırmaq üçün heç bir arqument təqdim etmədiyini deyirlər.

...Bir daha xatırladaq ki, Ukrayna prezidenti Bloomberg TV-yə müsahibəsində deyib ki, Ukrayna böhranının həlli üçün ikinci “sülh sammitində” Rusiyadan nümayəndələr olmalıdır, lakin bu, çox güman ki, Putin olmayacaq.

...Yeri gəlmişkən, 2023-cü ildə Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib.

Bundan sonra Almaniyanın ədliyyə naziri Marko Buşman Putini Almaniyaya səfər edəcəyi təqdirdə həbs edəcəyini bildirib.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev xəbərdarlıq edib ki, Putinin həbsi müharibə elanına bərabər olacaq.

Kremlin mətbuat katibi Dmitri Peskov isə vurğulayıb ki, 2024-cü ilə qədər bir sıra xarici səfərlər planlaşdırılsa da, hazırda daxili gündəm Rusiya liderinin işində qeyd-şərtsiz prioritet olaraq qalır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə