Putin bu bazanın yaradılması məsələsini aktual adlandırıb

...Beynəlxalq təhlükəsizlik və strateji sabitlik üçün hüquqi bazanın yaradılması məsələsi bu gün aktualdır.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən sammitinin yekunlarına dair mətbuat konfransında deyib.

Rusiya lideri qeyd edib ki, söhbət xüsusi diqqət yetirilməli olan fundamental məsələlərdən gedir.

...Beynəlxalq təhlükəsizlik və strateji sabitlik üçün hüquqi bazanın yaradılması məsələsi təbii ki, var. Yeni razılaşmaların olub-olmaması və ya köhnələrinə qayıtması ekspertlərin deməli olduğu bir şeydir.

Bunu Putin vurğulayıb.

...Rusiya lideri Qazaxıstanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı sammitindən sonra jurnalistlərin suallarını cavablandırıb.

Dövlət başçılarının görüşünün əsas mövzusu çoxtərəfli dialoqun gücləndirilməsi və davamlı inkişaf dünyası istəyi olub. Ölkələrin liderləri beynəlxalq təhlükəsizlik və dayanıqlı çoxqütblü dünyanın yaradılması da daxil olmaqla bir sıra məsələləri müzakirə ediblər.

Sammitdə tərəfdaş və müşahidəçi ölkələrin nümayəndələri ilə yanaşı, BMT-nin baş katibi Antonio Quterreş və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak ediblər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə