iFest" İnnovasiya və Texnologiya Festivalının mətbuat konfransı baş tutur - YENİLƏNİR - FOTOLAR

23 iyul tarixində ölkəmizdə baş tutacaq "iFest" İnnovasiya və Texnologiya Festivalının mətbuat konfransı baş tutur. SİA xəbər verir ki, konfransda 23 iyul tarixində keçiriləcək layihə ilə bağlı media nümayəndələrinin sualları cavablandırlır.

Mətbuat konfransında 40-a yaxın media qurumu iştirak edir. Açılış nitqini Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) PR və Media komitəsinin sədri Dilşad Musa edib. Daha sonra tədbirin ev sahibi Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) sədri Nigar Ələsgərovaya söz verilib.

Xatırladaq ki, "iFest" İnnovasiya və Texnologiya Festivalı 23 iyul saat 09:00 tarixində Baku Marriott Boulevard Hotel-də keçiriləcək.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə