İraqın şimalında terrorçuların 37 hədəfi məhv edilib

Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Metina, Gara, Hakurk, Qəndil və Asos bölgələrində separatçı terror təşkilatının istifadə etdiyi 37 hədəfi hava əməliyyatları ilə məhv edib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən verilən məlumatda bildirilib. Hava əməliyyatı nəticəsində çox sayda terrorçu zərərsizləşdirilib.

Bildirilib ki, İraqın şimalında həyata keçirilən hava əməliyyatları zamanı mağara, bunker, sığınacaq, anbar və separatçı terror təşkilatının istifadə etdiyi obyektlərdən ibarət hədəflər məhv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə