Ötən sutka ərzində 39 halda yanğına çıxış olub - FHN

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 39 halda yanğına çıxış, 6 halda köməksiz vəziyyətdə qalma və bir avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. FHN-in mətbuat xidmətindən SİA-ya bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, nazirliyin qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 9 nəfər xilas edilib, yanğın zamanı 8 nəfər təxliyə olunub, bir nəfərin meyiti bağlı qapı arxasında aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə