“Uşaqların inkişafa olan marağı onları başqa problemlərlə üz-üzə qoymamalıdır” - Bahar Muradova

“İTi Zəka” layihəsi ikinci ildir ki, baş tutur. Biz keçən il bu layihəni həyata keçirdikdə bu qədər marağa səbəb olacağını düşünməmişdik. Hazırda ölkə olaraq qarşımızda duran əsas vəzifə işğaldan azad olunmuş ərazilərə köç prosesini sürətləndirməkdir. Sıfırdan başlanan bərpa və yenidənqurma işləri ən son texnologiya ilə həyata keçirilir. Həmin ərazilərdə ağıllı kənd və ağıllı şəhərlər yaradılır. Bu da orada böyüyən uşaqların informasiya texnologiyalarına marağının artmasına səbəb olur. Bu isə göstərir ki, uşaqların informasiya texnologiyaları sahəsindəki inkişafı bütün regionlarda bərabər səviyyədə gedir”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

O bildirib ki, bütün dövlət orqanları informasiya texnologiyaları sahəsinin inkişafında xeyli işlər görür: “Uşaqların zərərli informasiyadan qorunması haqqında Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən öhdəliklər qəbul olunub. Uşaqların da bu mövzuda öhdəlikləri var ki, bunu bilməlidirlər. İnkişafa olan maraq onları başqa problemlərlə üz-üzə qoymamalıdır.

Ötən ilki “İTi Zəka-1”-də üç nəfərlik komanda şəklində yarışırdılar. Bu gün isə 130 komanda qeydiyyatdan keçib və komanda da qızların sayı oğlanların sayından çoxdur. Bu da qızlarımızın da texnologiya sahəsinə olan maraqlarını göstərir və biz buna dəstəyimizi göstərməliyik”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə