“Bu xarabalıqlar beynəlxalq sistemin dağıntılarıdır”

...Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Qəzzada 16 mindən çox günahsız uşağın həyatını itirdiyi xarabalıqların əslində legitimliyini itirmiş beynəlxalq sistemin dağıntıları” olduğunu bildirib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Qazaxıstanın paytaxtı Astanada Şanxay Əməkdaşlıq Təşkilatının 24-cü Zirvə Toplantısındakı çıxışı zamanı İsrailin Qəzzaya hücumlarına toxunan Ərdoğan deyib: “İsrailin Qəzzaya hücumlar nəticəsində təxminən 40 min günahsız fələstinli həyatını itirib, 90 minə yaxını isə yaralanıb. Qəzzada 16 mindən çox günahsız uşağın öldüyü xarabalıqlar, mahiyyət etibarı ilə legitimliyini itirmiş beynəlxalq sistemin dağıntılarıdır. Bu dağıntılara son qoymaq üçün İsraili dayandırmalı və daimi atəşkəsə məcbur etmək lazımdır. Ona görə də İsrail administrasiyasına davamlı təzyiqlər artırılmalıdır.

Türkiyə bütün maneələrə baxmayaraq, qlobal, iqtisadi bərabərsizlikləri aradan qaldıran, sülh, təhlükəsizlik, sabitlik və firavanlıq yaradan təsirli və əhatəli beynəlxalq sistem qurmaq üçün çalışır. Məqsədimiz insan və humanitar dəyərləri əsas götürən sahibkar diplomatiyası anlayışı ilə bölgəmizdə və onun hüdudlarından kənarda sülh nəsli yaratmaqdır.

Bir çox sahələrdə Türkiyə Şanxay Əməkaşlıq Təşkilatı ilə əməkdaşlığı davam etdirəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə