“Reklamlar seçilərkən milli-mənəvi dəyərlərə uyğun olması nəzərə alınır” - QURUM RƏSMİSİ DANIŞDI

“Bakı Metropolitenində reklamların yerləşdiriləcəyi yerlər və tariflər barədə məlumatlar rəsmi saytda yerləşdirilib. Ümumiyyətlə reklamların seçilməsi, yerləşdirilməsi və digər bu kimi məsələlərin hər biri qanunvericiliyə uyğun qaydada tənzimlənir”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, reklamlar seçilərkən milli-mənəvi dəyərlərə uyğun olması və müvafiq normativlər nəzərə alınır. Eyni zamanda sosial reklam haqqında olan müvafiq normativlərə də xüsusi olaraq əməl olunur. Əsasən sosial reklamlarda cəmiyyətimiz üçün maraqlı olan, ölkə əhəmiyyətli, əlamətdar hadisələrlə bağlı məsələlərə və ictimaiyyətin maarifləndirilməsi istiqamətindəki sosial məqamlara da xüsusi diqqət yetirilir”.

Bütün xəbərlər Facebook səhifəmizdə