Hazırda ehtiyatda olan 14 briqadamızın heç bir silahı yoxdur...

Zelenski yeni əks-hücumun nə vaxt olacağını da açıqlayıb

...Gərək ki, ötən gün SİA bu mövzu ilə bağlı ötəri də olsa yazmışdı.

Deməli, Vladimir Zelenski, bir müddət bundan əvvəl digər mövzularla yanaşı, Rusiya xüsusi əməliyyatına çox vaxt ayırdığı yeni müsahibə verib.

...Beləliklə, Ukrayna prezidenti deyib ki, ikinci Dünya Sammitində Rusiyanın nümayəndələri olmalıdır, lakin onun fikrincə, ölkəni tərk etməkdən qorxduğu iddia edilən Vladimir Putin olmayacaq.

Ukrayna lideri yeni əks-hücumun nə vaxt olacağını da açıqlayıb. Onun sözlərinə görə, bu, Ukrayna Silahlı Qüvvələri silah aldıqdan sonra baş verəcək.

...Hazırda ehtiyatda olan 14 briqadamız var və onların heç bir silahı yoxdur.

Vladimir Zelenski bildirib bunu.

Deyilənlərə görə, daha əvvəl Ukrayna liderinin nə xəyal etdiyi məlum olub.

Belə ki, bir neçə KİV-in məlumatına görə, Vladimir Zelenski Rusiya ilə münaqişədə qalib gəldikdən sonra siyasətdən getmək istəyir.

Prezidentin rəsmi nümayəndəsi də onun Vladimir Putinlə səmimi söhbətindən sonra amerikalı jurnalist Taker Karlsona müsahibə verməyə razı olduğu barədə əvvəllər yayılan məlumatları təkzib edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə