Azərbaycanı Cənubi Koreyada təmsil edəcək parataekvondoçular müəyyənləşib

Azərbaycanı Koreya Açıq Beynəlxalq Turnirində təmsil edəcək parataekvondoçular müəyyənləşib. Azərbaycan Milli Paralimpiya Komitəsindən SİA-ya verilən məlumata görə, Cənubi Koreyanın Çxunçxon şəhərində keçiriləcək yarışda Sabir Zeynalov (-58 kiloqram), İmaməddin Xəlilov (-70 kiloqram) və Əbülfəz Abuzərli (-80 kiloqram) mübarizə aparacaqlar.

Qeyd edək ki, turnirə iyulun 5-də start veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə