YAP Xəzər rayon təşkilatında gənclərlə görüş keçirilib - FOTOLAR

04.07.2024-cü il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatında gənclərlə görüş keçirilib. Tədbirdə YAP Xəzər rayon təşkilatının sədr müavini Şəfayət Nənəcanov, partiyanın rayon təşkilatının məsləhətçiləri Aida Əliyeva, Siyasət Həsənov, Kamran Mustafayev, Nəzrin Bayramova və partiyanın gənc fəalları iştirak ediblər. SİA xəbər verir ki, tədbiri giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədr müavini Şəfayət Nənəcanov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, Yeni Azərbaycan Partiyasının hər bir gənc üzvü partiyanın veteran üzvlərinə, ağsaqqallarına dəyər verməklə, onun fəaliyyətində yeni nəfəs gətirirlər: “Bu gün möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlhamƏliyevin müəyyənləşdirdiyi uğurlu gənclər siyasətinin nəticəsidir ki, hər bir gənc bu siyasətin nəticəsində öz xoşbəxt gələcəyini qurur, təhsil alır, işləyir və cəmiyyətə töhfələrini verir”.

Partiyanın rayon təşkilatının məsləhətçiləri Aida Əliyeva, Siyasət Həsənov, Kamran Mustafayev, Nəzrin Bayramova çıxışlarında gənclərimizin sosial şəbəkələrdə də ölkəmizin və dövlətçilik maraqlarımızın qorunması, təbliği istiqamətində fəal olduqlarını deyərək, vurğulayıblar ki, YAP-ın gənc fəalları sosial şəbəkələrdə Vətənimizin dünyaya inkişaf və tərəqqireallıqlarını çatdırmaqla, o cümlədən, Azərbaycanı istəməyən daxili və xarici qüvvələrin qarşısına çıxaraq, onlara layiqli cavablar verirlər.

Daha sonra görüş diskusiya şəklində davam edib.

Görüşün sonunda YAP Xəzər rayon təşkilatının sədr müavini Şəfayət Nənəcanov gənclərə bir sıra tövsiyə və tapşırıqlarını verərək, onlara gələcək fəaliyyətlərində uğurlar diləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə