Çin və Laos ordusu iyulda birgə təlimlərə başlayacaq

Çin və Laos ordusunun illik planına və razılığına əsasən, iki ölkənin silahlı qüvvələri iyul ayında “Dostluq qalxanı-2024” hərbi təlimlərinə başlayacaq. SİA Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə ÇXR Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, Laos ərazisində keçiriləcək təlimlər regionda sülh və sabitliyin təşviqi üçün ordular arasında qarşılıqlı strateji etimadı və praktiki əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.

Qeyd edək ki, “Dostluq qalxanı-2023” manevrləri ilk dəfə ötən ilin mayında Laosda keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə