Bugünkü hərracda tələb 61,3 milyon dollar təşkil edib - Mərkəzi Bank

İyulun 4-də Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Bankdan SİA-ya bildirilib ki, hərracda tələb 61,3 milyon dollar təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə