Naxçıvandakı seçki məntəqələrində problemlər var - MƏZAHİR PƏNAHOV

Məndə olan məlumata görə, Naxçıvandakı seçki məntəqələrində bir sıra problemlər var. SİA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında sədr Məzahir Pənahov deyib.

“Azad edilmiş ərazilər və Naxçıvan bizim hər zaman diqqət mərkəzimizdədir. Lazım olsa, Naxçıvana nümayəndə göndərərik. Seçki məntəqələrinin tələblərə cavab verməsini diqqətdə saxlamalıyıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə