Çexiya Vışeqrad dördlüyündə sədrliyi təhvil verir

Vışeqrad dördlüyü (V4) blokunun sədri vəzifəsi bu həftə Çexiyadan Polşaya keçir. SİA xəbər verir ki, bu qurumun sədrliyi rotasiya əsasında dəyişir.

Polşa rəhbərliyinin proqramının prioritetləri kimi əhalinin təhlükəsizliyi, regionun enerji, nəqliyyat və rəqəmsal infrastrukturunda qarşılıqlı əlaqələrin gücləndirilməsi, akademik, mədəni və turizm sahələrində ölkələr arasında əməkdaşlıq qeyd olunub.

“Vışeqrad dördlüyü enerji və nəqliyyat infrastrukturunun gələcək inkişafı və Şengen zonasının xarici sərhədlərinin qorunmasında Avropa strukturlarının daha fəal iştirakı kimi üzv dövlətlərin maraqlarının eyni qaldığı sahələrdə əməkdaşlıq alətinə çevrilməlidir”, - deyə V4 saytında deyilir.

Vışeqrad dördlüyü blokuna Çexiya, Slovakiya, Polşa və Macarıstan daxildir. 1991-ci ilin fevralında Çexoslovakiyanın bölünməsindən sonra dördlüyə çevrilən Vışeqrad üçlüyü yaradıldı. Blok Mərkəzi Avropa regionunda sabitlik və əməkdaşlığın gücləndirilməsini hədəfləyir. Ölkələrdən hər biri bir il müddətinə V4-ə sədrlik edir.

2022-ci ilin fevralında Ukraynada müharibə başlayandan sonra bloka daxil olan ölkələr arasında münasibətlərdə soyuqluq yaranıb. V4 ölkələrində münaqişənin səbəbləri və Ukraynaya yardımın formaları ilə bağlı fikir ayrılığı mövcuddur. Çexiya və Polşa Kiyevə hərbi yardım edir. Macarıstan və Slovakiya bu mövqeyi dəstəkləmir.

Bütün xəbərlər Facebook səhifəmizdə