Üç partiyanın növbədənkənar parlament seçkilərində səlahiyyətli nümayəndələri qeydə alınıb

Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən üç siyasi partiyanın növbədənkənar parlament seçkilərində səlahiyyətli nümayəndələrini qeydə alınıb. SİA xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında müzakirə edilib.

MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, Respublikaçı Alternativ (REAL), Ağ Partiya və Vətəndaş Həmrəyliyi partiyalarının seçkilərdə səlahiyyətli nümayəndələri qeydə alınıb.

Qərar səsə qoyularaq qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə