Danimarkada xarici bayraqlardan istifadə məhdudlaşdırılır

Danimarkanın Ədliyyə Nazirliyi ölkə ərazisində xarici bayraqlardan istifadənin məhdudlaşdırılacağını bildirib. SİA xəbər verir ki, nazirlik bildirib: “Dannebroq (Danimarka bayrağı) Danimarkanın ən vacib simvoludur. Buna görə də xarici bayraqlar tam sərbəst istifadə edilə bilməz. Lakin idman tədbirlərində bayraqlardan istifadəyə heç bir məhdudiyyət qoyulmayacaq”.

Diplomatik nümayəndəliklərin binaları üzərində bayraq asılmasına və beynəlxalq təşkilatların bayraqlarından istifadəyə də heç bir məhdudiyyət tətbiq edilməyəcək.

Yeni qaydalar parlamentdə qəbul edildiyi təqdirdə 1 yanvar 2025-ci ildə qüvvəyə minəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə