Avro-2024: Türkiyə millisi birinci dəqiqədə hesabı açıb

Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsində üz-üzə gələn Avstriya və Türkiyə yığmaları arasındakı oyunda hesab açılıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki,, qarşılaşmanın 1-ci dəqiqəsində Türkiyənin heyətində Merih Dəmiral komandasını önə keçirib.

Görüşü portuqaliyalı hakim Artur Diaş idarə edir.

23:01

Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsində üz-üzə gələn Avstriya və Türkiyə yığmaları arasında oyun başlayıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Görüşü portuqaliyalı hakim Artur Diaş idarə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə