Moskvadakı istilər 1890-cı ildəki temperatur rekordunu təkrarladı

Şəhər xidmətləri gücləndirilmiş iş rejimində işləyir

...Moskvada isti rekordlar qırır - bu gün (artıq dünən...) günortadan sonra hava demək olar ki, 32 dərəcəyə qədər isinib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, belə istilər şəhərdə yalnız 1890-cı il iyulun 2-də olub.

Sinoptiklər havanın daha da isti olacağı xəbərdarlığını edirlər.

Çərşənbə günü paytaxtdakı termometrlər müsbər 35-i göstərib.

Moskvanın mer köməkçisi Pyotr Biryukov qeyd edib ki, şəhər xidmətləri intensiv rejimdə işləməkdə davam edir, bu müddət ərzində yol səthinə qulluq üçün xüsusi qaydalar var - yolun hərəkət hissəsi hər üç saatdan bir suvarılır.

Bundan əlavə, çərşənbə axşamı şəhərin mərkəzi küçələrində və əsas magistral yollarda yüksək temperaturda asfalt örtüyündən çox isti olan yol örtüyünün və havanın soyudulması üçün üç dəfə aerasiya işləri aparılacaq.

Və bu gün (artıq dünən...) Moskva Zooparkında kapibaraların soyumasına necə kömək etdiklərini göstərdilər.

...Onlar üçün xüsusi dondurma hazırlayıblar.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə