Mehriban Məmmədova Bakı Beynəlxalq Nevrologiya Konfransında iştirak edib

Mərkəzi Gömrük Hospitalının uşaq nevropatoloqu Mehriban Məmmədova Səhiyyə Nazirliyi, TƏBİB, Türkiyə Nevroloji Dərnəyi, Azərbaycan Daxili xəstəliklər Dərnəyi, Azərbaycan Pediatrlar Assosiasiyasının birgə təşkilatçılığı və “Uptodate in Medicine”nin texniki dəstəyi ilə keçirilən Bakı Beynəlxalq Nevrologiya Konfransında iştirak edib. İki sessiyadan ibarət konfransda geniş təcrübəyə malik yerli və beynəlxalq məruzəçilər iştirak ediblər. SİA xəbər verir ki, beynəlxalq konfransda yüksək ixtisaslı türkiyəli həkim və mütəxəssislər “Uşaqlarda baş ağrılarının diaqnoz və müalicəsində yol xəritəsi”, “Epilepsiyanın diaqnozu və müalicəsinin yol xəritəsi”, “Kəskin işemik insultun diaqnozu və müalicəsinin yol xəritəsi” və digər mövzularda məruzələrini təqdim edərək, diaqnoz və müalicə zamanı qarşıya çıxan problemlərin həlli yollarını izah ediblər.

Debatlar şəklində təşkil olunan sessiyalarda azərbaycanlı həkimlər “Nevrologiyanın əsas və nadir şərtləri. Autizmvə komorbid nevroloji problemlər”, “Miqrenin müalicəsi”, “Klaster baş ağrıları” və başqa mövzularda təqdimatlarla çıxış ediblər.

Tədbirdə beynəlxalq dərəcəli mütəxəssislər tərəfindən nevroloji xəstəliklərin müasir diaqnostikası və müalicəsinə dair yeni multidisiplinar yanaşmalar təqdim olunub. Eyni zamanda, nevrologiya sahəsindəki son yeniliklər müzakirə edilib, bu sahədə uğurlu mütəxəssislər təcrübələrini bölüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə