Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən tərtib olunmuş “Zəhərli ilanların, hörümçəklərin, əqrəblərin və həşəratların sancması zamanı təxirəsalınmaz yardım və müalicə” adlı metodik vəsait Səhiyyə Nazirliyinin 2024-cü il 13 iyun tarixli 3-28/3-1-260/2024 nömrəli əmri ilə təsdiq edilib. SİA xəbər verir ki, ölkəmizin işğaldan azad olunmuş ərazilərindəki dağıdılmış, uzun müddət insanların yaşamadığı yerlərdə zəhərli ilan, hörümçək və əqrəblərin çoxalması üçün əlverişli şərait olmuşdur. Ona görə də hazırda həmin bölgələrdə çalışan və yaşayan insanların, o cümlədən hərbi qulluqçular, sərhədçilər və gömrükçülərin zəhərli ilan, hörümçək və əqrəblərlə qarşılaşmağa hazırlıqlı olması, onların ilk yardım haqqında məlumatlandırılması çox vacibdir.

Metodik vəsait ilkin səhiyyə səviyyəsində çalışan tibb işçiləri, təcili yardım həkimləri, toksikologiya, reanimasiya və intensiv terapiya, cərrahiyyə şöbələrinin həkimləri və bölgələrdə yerləşən hərbi hissələrin həkimləri üçün nəzərdə tutulmuşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə