Koronavirusdan sonra ürək-damar xəstəlikləri artıb..?

Bu arada belarusiyalı həkim Natalya Mitkovskaya xatırladıb ki, COVID-19 pandemiyasının başlanğıcında kanadalı həmkarları ona zəng edərək ürək-damar sisteminin zədələnməsinin yüksək göstəriciləri barədə danışıblar.

Həkimin dediyinə görə, o dövrdə Belarusiya müəssisələrində ağciyər patologiyalarına əsas diqqət yetirildi, çünki onlar əhəmiyyətli ölüm səbəbi idi.

...Nəticədə mərkəzi sinir, ürək-damar və immunitet sistemlərində problemlər yaranır. COVID-dən sonrakı dövrdə ümumi viral infeksiyaların daha yüksək insidenti göz qabağındadır.

...Post- COVID sindromu” termininin tibbə daxil olması heç də əbəs deyil.

SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, bunu Mitkovskaya yerli saytlara verdiyi müsahibəsində qeyd edib. Həkimin sözlərinə görə, post- COVID sindromu zəiflik, yaddaş itkisi, idmana dözümlülük, aritmiya kimi təzahürlərlə xarakterizə olunur.

Mitkovskaya COVID -dən əziyyət çəkən insanlara tövsiyələr verib. İlk növbədə sağlam həyat tərzi keçirin.

...İnsan siqareti dayandırmalı, daha az spirt içməli, daha çox hərəkət etməli, təmiz havada olmalıdır. Bunlar bayağı şeylərdir. Onları həyata keçirməyə çalışın.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə