Alimlərdən siqareti tərgitmək üçün effektiv vasitələr...

Vareniklin dərmanı və nikotin tərkibli elektron siqaretlər insanlara adi siqareti tərgitməyə kömək etməkdə təsirli olur. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “HealthDay” xəbər verir.

Təcrübədə hər gün siqaret çəkən 458 iştirakçı (25-75 yaş arası) iştirak edib. İştirakçılar təxminən üç bərabər qrupa bölünüblər. Birincisi şifahi dərman vareniklin və nikotinsiz elektron siqaretlər; ikincisi isə 18 mq/ml nikotin konsentrasiyası olan oral plasebo dərmanı və elektron siqaretlər alıb. Üçüncü qrup oral plasebo və nikotinsiz elektron siqaretlər qəbul edib. Öz-özünə hipnozun təsirini istisna etmək üçün plasebo dərmanlarının (nikotinsiz) istifadəsi zəruri olub.

Tədqiqatçılar xəstələrin nəfəs aldıqları karbonmonoksit səviyyəsini ölçməklə siqaretdən çəkinib-çəkinmədiklərini qiymətləndiriblər.

Həftə ərzində vareniklin qrupunda xəstələrin 43,8 faizi, elektron siqaret qrupunda 40,4 faizi, plasebo qrupunda isə 19,7 faizi siqaretdən çəkinib.

Nəticələr o deməkdir ki, vareniklin və elektron siqaretlər insanlara nikotin asılılığından qurtulmağa kömək edir. Maraqlıdır ki, bütün iştirakçılar uzun illər siqaret çəkmiş və bir neçə cəhddən sonra bu vərdişi tərk edə bilməmişlər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə