“Silikonun xərçəng şişi yaratmaq kimi qabiliyyəti sübut olunmayıb“ - HƏKİM MÜNASİBƏT BİLDİRDİ

“Bədənə vurulan dolğuların bir qrupu hialuron turşusu əsaslıdır və orqanizmə ziyan vurmur. Çünki hialuron turşusu özü orqanizmdə istehsal olunur. Bunlar xüsusən üz qırışlarının açılması məqsədilə işlənir. Bir qrup filler isə augmentasiya məqsədilə işlənir, yəni böyütmək xarakteri daşıyır. Süd vəzilərini, baldırları, bədənin digər hissələrini bu üsulla böyüdürlər”. Bu sözləri SİA-ya danışan həkim Adil Qeybulla deyib.

A.Qeybulla qeyd edib ki, silikon implantlar ABŞ-də tam qeydiyyatdan keçməyib, amma istehsalı var və tətbiq edilir: "Bunların üzəri xüsusi materialla örtülü olur, indeferentdir və silikon həmin materialın içində olur. Yəni bu materialın hansısa xərçəng şişi yaratmaq kimi qabiliyyəti sübut olunmayıb, sadəcə olaraq müxtəlif fəsadlar yarada bilirlər. Yəni yerindən sürüşə, kapisulyar kontraktura verə bilirlər və s".

Onun sözlərinə görə, dolğular tibb təhsili olan kosmetoloqlar tərəfindən həyata keçirilməlidir: “Çünki tibb təhsili almayan kosmetoloqlar tərəfindən edilən dolğular çox böyük fəsadlara səbəb ola bilər”.

Bütün xəbərlər Facebook səhifəmizdə