İki gündə öldürə bilən yeni bakteriya...

...Yapon həkimləri həyəcan təbili çalıb: Koronavirusa görə tətbiq edilən karantin tədbirlərinin ləğvindən sonra ölkədə streptokok infeksiyalarının sayı kəskin artıb. Bundan əlavə, onun ölüm nisbəti qeyri-adi dərəcədə yüksəkdir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “The Japan Times” yazıb.

Tokio Tibb Universitetinin professoru Ken Kikuçi, “...xəstəliyin indiki yayılma sürəti ilə Yaponiyada yoluxma hallarının sayı ilin sonuna qədər 2500-ə çata bilər və ölüm nisbəti 30 faiz təşkil edəcək”-deyə bildirib.

Alimlərin fikrincə, bu tip bakteriyalar demək olar ki, bütün orqanlara təsir edir və adi boğaz ağrılarından fərqli olaraq ətrafların şiddətli şişməsinə səbəb olur.

Qızdırma və tənəffüs problemləri də müşahidə olunur.

...Ölümlərin çoxu çox tez baş verdi. Xəstə səhər saatlarında ayağında şişkinlik hiss edir, günortaya doğru dizə qədər uzanır və xəstə 48 saat ərzində ölə bilər.

Bu nəşrdə deyilir.

İyunun əvvəlinə Yaponiyada 977 streptokok xəstəliyinə yoluxma halı qeydə alınıb ki, bu da bütün 2023-cü il üçün halların ümumi sayını ötüb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə