Çirkli çimərliklər hansı xəstəliklərə səbəb olur? - AYDINLIQ GƏTİRİLDİ

“Tövsiyə olunmayan yerlərdə dənizə girənlər bir sıra xəstəliklərə, o cümlədən vəba, salmonez, meningit kimi xəstəliklərə yoluxa bilərlər. Onun sözlərinə görə, dəniz suyunun çirklənməsi əsasən sudakı patogen bağırsaq çöplərinin olması ilə baş verir”. Bu sözləri SİA-ya danışan infeksionist Vaqif Həsənov deyib.

Mütəxəssis bu törədicilərin bəzilərinin insan orqanizmində xəstəlik yarada bildiyini açıqlayıb: “Bu törədicilər insan orqanizminə daxil olub, mədə-bağırsaq infeksiyaları yarada, orqanizmdə ağır fəsadlara yol aça bilərlər. Bəzi patogen bağırsaq növləri insan orqanizminə düşsə, mədə-bağırsaq pozğunluğu baş verə, bəziləri bağırsağı zədələyərək ishala səbəb ola bilər. Bu xəstəliklər nəticəsində orqanizm su itirir və bu da orqanizmdə hipobolemik şokla nəticələnir”.

Həkimin sözlərinə görə, yoluxma hadisəsi olarsa, yoluxmuş şəxslər yaşadıqları ərazi üzrə poliklinikalarda çalışan həkim-infeksionistə müraciət etməli və analizlər verməlidirlər: “Belə hallarda həkimə müraciətin gecikdirilməsi həyat və sağlamlığı təhlükə altına ala bilər. Çirkli dəniz suyundakı bağırsaq çöpləri qana da keçə bilər. Bu zaman işerixiya mənşəli sepsisin əmələ gəlməsinə yol açır. Bu zaman ölüm halı həddən artıq yüksək olur”.

Bütün xəbərlər Facebook səhifəmizdə