Günəş yanığından ağrı və iltihabı necə aradan qaldırmaq olar..?

Günəş yanığını soyuq xama və ya kefir ilə müalicə etmək nəinki kömək etməyəcək və bu həm də təsirlənmiş dəriyə zərər verə bilər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu dermatoloq Nataliya Jovtan bildirib.

Onun sözlərinə görə, bu cür vəsaitlərin istifadəsi daha da mənfi nəticələrə səbəb ola bilər.

...Birincisi, xama və kefir müəyyən yağ tərkibinə malikdir və dəridə termoregulyasiyaya mane olan keçilməz bir təbəqə yaradır. Dəri artıq qızdırılıb, isti, istiliklə partlayır və soyudulması lazımdır, lakin bu yağlı təbəqə normal termorequlyasiyaya mane olur. Üstəlik, bu təbəqənin altında müəyyən əlverişli mikroflora yaranır ki, bu da Günəş yanığının gedişatını ağırlaşdıra, bakterial infeksiyaya səbəb ola bilər.

Mütəxəssis deyir bunu.

Günəş yanığını müalicə etmək üçün Jovtan apteklərdə satılan xüsusi məhsullardan, məsələn, dekspantenol, antiinflamatuar dərmanlar və ya dərini soyudan dərmanlardan istifadə etməyi məsləhət görür.

...Şiddətli iltihab halında mütəxəssis həkimə müraciət etməyi tövsiyə edir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə