Ana bətnindəki körpə bizi eşidə bilər? - GİNEKOLOQ AÇIQLADI

Bir çox araşdırmalar göstərir ki, ana bətnində olan uşağın müəyyən bir müddətdən sonra kənar səsləri eşitdiyi daha əvvəllər sübut edilib. Bəs, onlar eşitdiklərini anlayıb analiz edə bilirlərmi? SİA mövzu ilə bağlı cərrah, mama-ginekoloq Ləman Əliyevanın fikirlərini öyrənib.

Onun sözlərinə görə, bu sualın cavabı tam dəqiq deyil: “Yəni, ana bətnində körpənin eşitmə qabiliyyətini 100 faiz yoxlamaq mümkün deyil. Amma bəzi tədqiqatlarla körpənin ananın reaksiyasını hiss etdiyi bildirilir”.

Ləman Əliyeva sözlərinə belə davam edib: “Körpənin ananın əhval-ruhiyəsini, kənardan gələn musiqi səslərini eşitməsinə dair tədqiqatlar var. Körpənin aktivliyi, reaksiyası və hərəkətsiz qalması üzərindən bu barədə bir çox araşdırmalar aparılıb. Amma bunun 100 faiz dəqiq olduğunu heç kim söyləyə bilməz”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə