Düzgün günəş eynəklərini necə seçmək olar..?

Bu bir çox xəstəliklərin qarşısının alır..?

Açıq yay havasında günəş eynəkləri nəinki dəbli görünməyə kömək edəcək, həm də bir çox göz xəstəliklərinin qarşısını almaq üçün əla vasitə olacaq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu rusiyalı oftalmoloq Mariya Çurqanova deyib.

Onun sözlərinə görə, istisnasız olaraq hamı günəş eynəyi taxmalıdır.

Bununla belə, bilməyə dəyər bir neçə vacib nüans var. İlk növbədə, ultrabənövşəyi şüaları A və B tipli bloklayan eynəkləri seçməlisiniz, yəni 400 nanometrə qədər diapazonda olanları.

Bu, gözlərinizi tamamilə qorumağa kömək edəcəkdir. Qorunma dərəcəsi haqqında, məsələn, təlimatlardan öyrənə bilərsiniz.

Həkimə görə, linzalar qəhvəyi olmalıdır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə