...Antidepresanlardan istifadəni dayandıran hər 6 nəfərdən birində baş ağrısı və ürəkbulanma kimi əlamətləri yaşanır.
Almaniyanın Köln Universitetinin alimləri iştirakçıların antidepresanlar və ya plasebo ilə müalicə edildiyi əvvəlki 79 araşdırmanı yekunlaşdırıb və dərman qəbul etməyi dayandırdıqdan sonra 20 mindən çox adamın məlumatlarını qiymətləndiriblər.
Tədqiqatçılar antidepresanlardan istifadəni dayandıran hər 6 nəfərdən birinin baş ağrısı, başgicəllənmə, ürəkbulanma və yuxusuzluq kimi simptomlar yaşadığını aşkar ediblər.
Əvvəlki araşdırmalar göstərmişdi ki, antidepresanların dayandırılması xəstələrin 56 faizinə təsir edir, yəni onların demək olar ki, yarısı ağır keçirir.
Tibb mütəxəssisləri bu cür dərmanların qəbulunu birdən-birə yox, tədricən - dozanı azaltmaqla dayandırmağı məsləhət görür.
SİA-nın əldə etdiyi məlumata görə, araşdırmanın nəticələri “Lancet Journal of Psychiatry” jurnalında dərc olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB