Dr.Mehriban Məmmədova beynəlxalq tədbirdə iştirak edib

30 may - 2 iyun 2024-cü il tarixlərində Mərkəzi Gömrük Hospitalının uşaq nevropatoloqu Dr.Mehriban Məmmədova Türkiyənin Bursa şəhərində Bursa Uludağ Universiteti Nevroloji Anabilim Dalı tərəfindən keçirilən 19-cu Uludağ Nevrologiya Günlərində iştirak edib. SİA xəbər verir ki, Nevrologiya Günlərinin keçirilməsinin əsas məqsədi nevroloji xəstəliklərin aktual problemlərini müzakirə etmək, yeni nailiyyətləri diqqətə çatdırmaq, əldə olunan müvəffəqiyyətləri və risk amillərini bölüşmək olub.

Tədbirin sonunda Dr.Mehriban Məmmədovaya sertifikat təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə