"Xəstəxanadaxili infeksiyaların idarə olunması: Sepsis və antibiotikterapiya"
10 iyun 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Nəsil Qrup MMC şirkətinin birgə təşkilatçılığı ilə "Xəstəxanadaxili infeksiyaların idarə olunması: Sepsis və antibiotikterapiya" mövzusunda Beynəlxalq Elmi Konfrans həyata keçiriləcək. SİA xəbər verir ki, Beynəlxalq Elmi Konfransda “Antibiotik rezistentliyi ilə mübarizədə mikrobioloji diaqnostikanın rolu və antibiotikterapiya” və “Xəstəxanadaxili infeksiyalara nəzarətin əhəmiyyəti və infeksion kontrol” başlıqlı 2 paneldə ümumilikdə 8 məruzə dinləniləcək. Konfrans panel müzakirələr və sual-cavab sessiyaları vasitəsilə interaktiv şəklində həyata keçiriləcək.
Konfrans proqrama uyğun olaraq xüsusilə terapevt, mikrobioloq, gigiyenist, dezinfeksionist, laborant, metodist, anestezioloq-reanimatoloq, uroloq, infeksionist, immunoloq ixtisasına malik həkim və rezidentlər üçün nəzərdə tutulmuşdur. Konfrans əyani olaraq saat 13:30-dan 18:00-dək Mərkəzi Gömrük Hospitalının akt zalında, distant olaraq isə zoom platformasında həyata keçiriləcəkdir.
Elmi Konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları” əsasında akkreditasiya olunaraq 4 DTT balı ilə qiymətləndirilib.
Konfransda iştirak ödənişsizdir. Qeydiyyatdan keçmək mütləqdir!
Qeydiyyatdan keçmək üçün link: https://forms.gle/SDeyea22NEHqwquw9
Ətraflı məlumat almaq üçün link: https://customshospital.az/xestexanadaxili-infeksiyalarin-idare-olunmasi-sepsis-ve-antibiotikterapiya/
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB