Dr.Sədi Allahverdiyev İtaliyada keçirilən beynəlxalq konfransda çıxış edib

Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu, t.ü.f.d. Dr. Sədi Allahverdiyev 28-31 may 2024-cü il tarixlərində İtaliyanın Salerno şəhərində keçirilən “GynItaly 2024” beynəlxalq ginekoloji konfransında iştirak edib.
Sədi həkim konfransda “Keysəriyyə çapıq hamiləliyi. İntraarterial metotreksat yeridilməsi ilə uşaqlıq arteriyaları embolizasiyası. Döl kisənin PlazmoKinetik bipolyar rezektoskopla xaric edilməsi” mövzusunda videoprezentasiya ilə çıxış edib. Çıxış böyük maraqla qarşılanıb, mövzu ətrafında maraqlı diskussiya aparılıb.
Tədbirdə Azərbaycan mama-ginekoloqları 50 nəfərdən çox olan böyük bir heyətlə təmsil olunub. Azərbaycanlı həkimlər 10 video və oral prezentasiyalarla müxtəlif panellərdə çıxış ediblər.
Dünyanın 67 ölkəsindən qatılmış 1035 mütəxəssisin iştirak etdiyi, endovizual cərrahiyyənin ən son yeniliklərinə həsr edilmiş bu möhtəşəm konfrans həm endoskopik cərrahiyyədə yenilikləri öyrənmək, həm də ölkəmizi xaricdə tanıtmaq üçün daha bir fürsət olmuşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə