Mərkəzi Gömrük Hospitalının həkiminə Avropa Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sertifikatı təqdim edilib
25-28 may 2024-cü il tarixlərində Mərkəzi Gömrük Hospitalının damar cərrahı, t.ü.f.d., Dr.Səbuhi Dadaşov Türkiyənin İstanbul şəhərində keçirilən Avropa Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin 72-ci Konqresində iştirak edib. Qeyd edək ki, bu konqres dünyanın hər yerindən ürək-damar və endovaskulyar cərrahlarının hər il toplantığı əsas tədbirdir. Konqresin məqsədi ürək-damar cərrahiyyəsi sahəsində dünyanın tanınmış mütəxəssisləri ilə təcrübə mübadiləsi aparmaq, bu sahədə olan son yenilikləri və texnologiyaları müzakirə etməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB