MGH-nin endokrinoloqları I Milli Endokrinologiya konfransında iştirak ediblər

24-26 may 2024-cü il tarixlərində Mərkəzi Gömrük Hospitalının endokrinoloqları Dr.Şəbnəm Əlirzayeva və Dr.Naidə Novruzova Azərbaycan Endokrinoloqlar Cəmiyyətinin təşkilatçılığı ilə Bakı şəhərində keçirilən I Milli Endokrinologiya konfransında iştirak ediblər. SİA xəbər verir ki, tədbirdə Tip 2 Diabetin müalicəsində qeyri insulin dərmanlar, hipofiz cərrahiyyəsi sonrası endokrinoloji dəyərləndirmə, hamilələrdə tiroid xəstəlikləri, hipotireoidizm, tiroid düyünlərinə yanaşma, düyünlü ur və onun cərrahi müalicəsi, osteoporoz, onun diaqnoz və müalicəsində önəmli nüanslar, şəkərli Diabet tip 2-nin müalicəsində yeni imkanlar, prediabet, diabetdə kardiovaskulyar və renal xəstəliklərdən qorumada qlükosentrik yanaşma və digər mövzularda məruzələr dinlənilib.

Yerli və xarici mütəxəssislərin iştirak etdiyi konfransın məqsədi bu sahədə elmi müzakirələr aparmaq, innovativ tibbi təcrübələri bölüşmək və endokrinologiya sahəsində maraqlı klinik hadisələri araşdırmaq olub. Üç gün davam edən konfrans başa çatdıqda bütün iştirakçılara sertifikatlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə