"Ultrabənövşəyi şüalanma nazik ozon təbəqəsi olan ərazilərdə təhlükəlidir"

...Rusiya Səhiyyə Nazirliyi, Milli Tibbi Araşdırmalar Mərkəzinin şöbə müdiri, tibb elmləri doktoru Zamirə Rəcəbova ozon təbəqəsi tükənmiş yerlərdə Günəş vannası qəbul etməyi məsləhət görmir.

...Ultraviyole radiasiya ən çox nazik ozon təbəqəsi olan ölkələrdə, məsələn Avstraliya və Yeni Zelandiyada təhlükəlidir.

Belə ki, Avstraliyada dəri melanomasının ən çox rastlanması 100 min nəfərə təxminən 40 haldır.

SİA-nın əldə etdiyi məlumata görə, həkim bunu “Arquments and Facts” saytına müsahibəsində bildirib.

...Mütəxəssisin sözlərinə görə, Rusiyada melanoma ən çox Cənub və Volqa rayonlarında qeydə alınır.

Onkoloq onu da diqqətə çatdırıb ki, melanomanın yaranmasında həlledici amil Günəşdən gələn istilik deyil, ultrabənövşəyi şüalanmanın dozasıdır.

Bundan əvvəl Viral İnfeksiyaların Profilaktikası və Müalicəsi üzrə Elmi İnformasiya Mərkəzinin direktoru Georgi Vikulov “Milli Xəbər Xidməti”nə verdiyi açıqlamada antibiotiklərlə qeyri-peşəkar müalicənin təhlükələrindən danışıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə