Gündəlik D vitamini dəyərini necə pulsuz əldə etmək olar...

Alimlər yaşayış bölgəsindən, ilin vaxtından və insan dərisinin rəngindən asılı olaraq günəşin təsiri altında D vitamininin gündəlik dozasının alınması üçün optimal şərtləri müəyyən ediblər.

SİA-nın əldə etdiyi məlumata görə, araşdırmanın nəticələri “Nutrients” jurnalında dərc olunub.

Son illərin elmi məlumatları göstərir ki, D vitamini çatışmazlığı təkcə dayaq-hərəkət sistemi xəstəlikləri ilə deyil, həm də immunitet sistemi, psixika və həzm sisteminin pozğunluqları ilə əlaqələndirilir.

Səbəb əlaqəsinin sübutu mübahisəli olsa da, D vitamini səviyyəsinin normal saxlanması tövsiyə olunur.

Yeni işdə alimlər Yerin müxtəlif bölgələrində Günəşdən gələn ultrabənövşəyi şüalanmaya dair məlumatlardan istifadə ediblər.

Təhlil aydın və buludlu səma şəraitində vitamin D səviyyəsini saxlamaq üçün tələb olunan məruzqalma müddətini ortaya qoyub.

Buludsuz havalarda, ağ dərili insanlar Günəş altında 3 ilə 15 dəqiqə arasında otura bilərlər.

Tünd dəri olan insanlar isə Günəşdə daha uzun müddət qalmalıdırlar (yüksək enliklərdə təxminən bir saat).

Buludlu havalarda Günəş işığına məruz qalma müddəti ekvatorial bölgələrdə təxminən 15 faiz, yüksək enliklərdə isə 60 faizə qədər artırılmalıdır.

Onu da qeyd edək ki, tədqiqat fərdi xüsusiyyətləri və yerli iqlim şəraitini nəzərə almaq üçün fərdi tövsiyələrə ehtiyac olduğunu vurğulayır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə