Britaniya yeni pandemiya ilə bağlı həyəcan təbili çalır

Britaniya hökumətinin keçmiş baş elmi müşaviri Patrik Vallans, dünyanı daha bir pandemiyaya hazır olmağa çağırıb.

Onun sözlərinə görə, bu, indi bəzi tədbirlərin görülməsini tələb edən “tamamilə qaçılmaz” prosesdir. Bu baxımdan alim pandemiyalara cavab vermək üçün beynəlxalq müqavilə anlayışına əhəmiyyət verməyən Ümumdünya Səhiyyə Təşkilatını tənqid edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, ingilis müşavir bununla bağlı daha sürətli, daha koordinasiyalı hərəkətə keçməyə çağırıb.

Vallans hesab edir ki, pandemiya müharibəyə hazırlanan kimi hazırlanmalıyıq. Silahlı münaqişədə olduğu kimi, alim əmindir ki, toqquşma başlayana qədər gözləmək lazım deyil.

Daha əvvəl bildirilmişdi ki, “super qonoreya” xəstələrinin sayının artması fonunda Çin yenidən yeni pandemiyanın episentrinə çevrilə bilər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə